“Azimut” təyyarəsinin məcburi enişinin səbəbi AÇIQLANDIbackend

“Azimut” təyyarəsinin məcburi enişinin səbəbi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azimut” təyyarəsinin Nijni Novqorodda məcburi enişinin səbəbi məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Azimut” aviaşirkəti TASS-a məlumat verib.

Avqustun 23-də Sankt-Peterburqdan Tbilisiyə uçan “Azimut” təyyarəsinin Nijni Novqorodda planlaşdırılmamış enişinə bort sistemlərindən birinin işində yaranan nasazlıq səbəb olub.

Aparılan sonrakı ekspertiza təyyarədə yanğın əlamətlərinin olmadığını göstərib.

Reysin davam etdirilməsi üçün ehtiyat təyyarə göndərilib.

Xuraman Etibarlı

İnterpress.az