Kalininqrad vilayətində 17 il əvvəl hamilə qadını öldürməkdə şübhəli şəxsə ittiham irəli sürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi TASS-a məlumat verib.
İstintaqın məlumatına görə, 2009-cu il mayın 10-da Polessk şəhərinin parkında 22 yaşlı yerli sakinin meyiti aşkarlanıb. Qadının 31-32 həftəlik hamilə olduğu bildirilib.
İstintaq hesab edir ki, təqsirləndirilən şəxs qadının sinə, boyun və kürəyinə qatlanan bıçaqla zərbələr endirib.
Hadisədən 17 il sonra həmin şəxsə qətl ittihamı irəli sürülüb.
Xuraman Etibarlı
İnterpress.az






