Tbilisidə keçiriləcək Zion Fest 2026-da Rusiya vətəndaşlarına qadağa qoyulub.
İnterpress.az xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb.
İki həftə sonra Tbilisidə keçirilməsi planlaşdırılan Zion Fest 2026 musiqi festivalının təşkilatçıları Rusiya vətəndaşlarının tədbirə girişini qadağan edib.
Hazırda neçə Rusiya vətəndaşının festivala bilet aldığı məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az






