Yekaterinburqda 12 yaşlı məktəblinin ölümü ilə bağlı ARAŞDIRMA APARILIRbackend

Yekaterinburqda 12 yaşlı məktəblinin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda 12 yaşlı məktəbli qazdan zəhərlənərək ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə “KP-Yekaterinburq” məlumat yayıb.

Hadisə şəhərin Belinski küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. İlkin məlumata görə, 12 yaşlı Maşa balondakı qazı nəfəsə çəkdikdən sonra zəhərlənib və həyatını itirib.

Şəhər DİN idarəsi hadisə ilə bağlı şərh verməkdən çəkinib. Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsindən də hələlik açıqlama alınmayıb.

Xuraman Etibarlı

İnterpress.az