Lavrov, Sobyanin, Poddubnıy və Lvova-Belova Dövlət Dumasındakı mandatlarından imtina edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV partiyadakı iki mənbəyə istinadən məlumat yayıb.
“Vahid Rusiya”nın federal siyahısının ilk beşliyində yer alan şəxslərdən yalnız “Yunarmiya” rəhbəri Vladislav Qolovin Dövlət Dumasında deputat mandatını götürəcək.
Sergey Lavrov, Sergey Sobyanin, Yevgeni Poddubnıy və Mariya Lvova-Belovanın mandatlardan imtina edəcəyi bildirilir.
Məlumata görə, regional qruplara rəhbərlik edən 54 qubernator da deputat mandatlarından imtina edəcək.
Xuraman Etibarlı
İnterpress.az






