Gənc işçilərin 57 faizi iş yazışması qaydalarını BİLMİRbackend

Gənc işçilərin 57 faizi iş yazışması qaydalarını BİLMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc əməkdaşlar işyazışması qaydalarını bilmədikləri üçün rəhbərliklə problem yaşayırlar.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məsafədən çalışan gənclər iş yazışmalarını “yanlış” apararaq yaşlı həmkarlarını əsəbiləşdirirlər. Məlumata görə, gənc əməkdaşların 57 faizi rəsmiyyət dərəcəsini düzgün qiymətləndirə bilmir, hər iki nəfərdən biri isə mesajı xatırlatmaq üçün münasib vaxtı seçməkdə çətinlik çəkir.

İş çatlarının çoxluğu ünsiyyət üslubunu uyğunlaşdırmağı çətinləşdirir. Nəticədə gənclər salamlaşmadan, qısa və smayliklərlə mesaj yazırlar ki, rəhbərlik bunu hörmətsizlik kimi qiymətləndirir.

Buna görə də şirkətlər artıq əməkdaşlarına ofis yazışması, gecikmələr barədə məlumat vermək və rəhbərliklə düzgün ünsiyyət qurmaq qaydalarını öyrətməyə başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az