Tramp Zelenskini Putinlə danışıqlar üçün Moskvaya getməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə sülh danışıqları aparmaq üçün Moskvaya getməyə çağırıb.
Zelenskinin isə bu təklifi qəbul etmədiyi bildirilir. Məlumata görə, Ukrayna lideri danışıqlar üçün Moskvaya göndərilməsindən narazı qalıb.
Xuraman Etibarlı
İnterpress.az






