Misirdə kişi pəncərədən yıxılan uşağı son anda tutub
İnterpress.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Misirdə valideynləri evdə olmayan məktəbəqədər yaşlı uşaq ikinci mərtəbədə pəncərənin üstünə çıxıb və daha sonra yıxılıb.
Hadisəni təsadüfən görən yoldan keçən kişi dərhal reaksiya verərək uşağı son anda tutub.
Uşaq qorxsa da, xəsarət almayıb.
Xuraman Etibarlı
İnterpress.az






