Lockheed Martin F-35 proqramında süni intellektdən İSTİFADƏ EDƏCƏKbackend

Lockheed Martin F-35 proqramında süni intellektdən İSTİFADƏ EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lockheed Martin F-35 proqramında OpenAI texnologiyalarından istifadə edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Lockheed Martin F-35 qırıcılarının yeni imkanlarının hazırlanmasında OpenAI texnologiyalarından istifadə etməyə başlayıb.

OpenAI mütəxəssislərinin F-35 proqramının komandası ilə birbaşa əməkdaşlıq edəcəyi bildirilir.

Süni intellektin mürəkkəb riyazi və fiziki hesablamalarda, bort sensor sistemlərinin modelləşdirilməsində və sınaqların nəticələri ilə böyük həcmli texniki məlumatların emalında tətbiqi planlaşdırılır.

Şirkətin məlumatına görə, Lockheed Martin yalnız bir süni intellekt platformasından asılı olmaq niyyətində deyil.

Hazırda müxtəlif tapşırıqlar üçün təxminən 55 iri dil modelindən istifadə olunur.

Xuraman Etibarlı

İnterpress.az