Pişik yemlərinin 99 faizində qurğuşun aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Clean Label Project” araşdırmasına istinadən məlumat yayılıb.
Araşdırma çərçivəsində 62 brendə aid 100 pişik yemi nümunəsi yoxlanılıb.
Nümunələr arasında “Royal Canin”, “Purina”, “Friskies”, “Hill’s” və “Sheba” kimi məşhur brendlərin məhsulları da olub.
Qurğuşun nümunələrin 99 faizində, kadmium 96 faizində, arsen isə 94 faizində aşkarlanıb.
Balıq və dəniz məhsulları əsasında hazırlanan yemlərdə civə miqdarının digər məhsullarla müqayisədə təxminən 18 dəfə yüksək olduğu bildirilib.
Araşdırma nəticələri məhsulların təhlükəli olduğunu avtomatik olaraq göstərmir və fərdi yemlər üzrə təhlükəsizlik qiymətləndirməsi hesab edilmir.
Xuraman Etibarlı
İnterpress.az






