Çində keçmiş sevgilisini və onun yeni sevgilisini bıçaqlayan kişi intihar edib
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çində bir kişinin keçmiş sevgilisini və onun yeni sevgilisini küçədə bıçaqladığı bildirilir. Məlumata görə, qadın onu tərk edərək varlı ailədən olan başqa şəxslə münasibət qurub.
Hadisə zamanı kişi cütlüyə hücum edib. Qadın aldığı xəsarətlər nəticəsində həyatını itirib, daha sonra hücum edən şəxsin də özünə xəsarət yetirərək öldüyü bildirilir.
Hadisə şahidlərin gözü qarşısında baş verib. Ətrafdakı insanların müdaxilə etməyə qorxduğu və hadisəni telefonla çəkdiyi qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






