“Newsweek” Zelenskini əvəz edə biləcək dörd namizədin adını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Nəşr ABŞ Prezidenti Donald Trampın Kiyevdə hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlarından sonra Ukrayna Prezidenti Volodimir Zelenskini əvəz edə biləcək dörd mümkün namizədin adını çəkib.
Siyahıda aşağıdakı şəxslər yer alıb:
- Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı;
- Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Kirill Budanov;
- keçmiş müdafiə naziri Mixail Fedorov;
- Ukraynanın sabiq prezidenti Petro Poroşenko.
“Newsweek”in məlumatına görə, Zelenskinin əsas rəqibi kimi Valeri Zalujnı göstərilir.
“Rating Group”un sorğusuna istinadən bildirilir ki, respondentlərin 64 faizi ona etimad göstərir.
Xuraman Etibarlı
İnterpress.az






