Saxta nikah və ADAM OĞURLUĞU: İtkin hərbçinin həyat yoldaşını altı ay GİROV SAXLADILARbackend

Saxta nikah və ADAM OĞURLUĞU: İtkin hərbçinin həyat yoldaşını altı ay GİROV SAXLADILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada itkin düşmüş hərbçinin həyat yoldaşını yarım il əsir saxlayaraq pulunu ələ keçirmək istəyiblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Voronej şəhərində 30 yaşlı kişi və onun sevgilisi xüsusi hərbi əməliyyatda iştirak edən və itkin düşmüş hesab olunan hərbçinin 59 yaşlı həyat yoldaşını oğurlayaraq təxminən altı ay əsir saxlayıblar.

Məlumata görə, şübhəlilər qadını hərbçinin pul ödənişlərini ələ keçirmək məqsədilə etibarnamə imzalamağa məcbur etmək istəyiblər. Lakin qadın əsirlikdən qaçmağa nail olub.

Bundan başqa, cütlüyün başqa bir hərbçiyə aid ödənişləri əldə etmək üçün saxta nikah sxemi qurduğu da bildirilir. Ancaq onlar pulu ala bilməyiblər.

Hər iki şübhəli saxlanılıb. Onları məhkəmə gözləyir.

Xuraman Etibarlı

İnterpress.az