Wildberries və Ozon-da noyabr endirimləri baş tutmaya bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Rusiyanın Wildberries və Ozon onlayn ticarət platformalarında noyabr ayının əsas endirim kampaniyalarının keçirilməsi təhlükə altındadır.
Məlumata görə, logistika problemləri və pilotsuz uçuş aparatlarının anbar komplekslərinə hücumları səbəbindən satıcılar Çindən sifariş edilən malları noyabrın 11-də keçirilən “11.11” endirimlərinə və “Qara cümə” kampaniyasına vaxtında çatdıra bilməyiblər.
Nəticədə, ilin ən böyük endirim günləri üçün nəzərdə tutulan məhsulların tədarükündə ciddi problemlər yaranıb.
“Forbes”in analitikləri xəbərdarlıq edirlər ki, logistika çətinlikləri davam edərsə, Yeni il öncəsi endirim kampaniyaları da pozula bilər.
Xuraman Etibarlı
İnterpress.az






