İspaniyada ağır avtobus QƏZASI: 80 nəfər XƏSARƏT ALDIbackend

İspaniyada ağır avtobus QƏZASI: 80 nəfər XƏSARƏT ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barselona yaxınlığında avtobus 20 metrlik yamacdan aşıb.

İnterpress.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

İspaniyanın Kataloniya bölgəsində minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq 20 metrlik yamacdan aşağı düşüb.

Qəza nəticəsində təxminən 80 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə bazar günü axşam saatlarında Montseny təbiət parkında, Foqars-de-Montklus bələdiyyəsi yaxınlığındakı dar BV-5114 dağ yolunda baş verib.

Avtobus Sant-Seloni ilə Foqars-de-Montklus yaşayış məntəqələri arasında müntəzəm marşrut üzrə hərəkət edirmiş.

Kataloniyanın təcili tibbi yardım xidmətinin məlumatına görə, 18 nəfər orta ağır xəsarətlər alıb, onlarla sərnişin isə yüngül xəsarətlərlə xəstəxanalara çatdırılıb.

Hadisə yerinə çoxsaylı xilasedicilər, yanğınsöndürənlər, təxminən 15 təcili tibbi yardım avtomobili və iki tibbi helikopter cəlb olunub.

Zərərçəkənlərə və onların yaxınlarına kömək göstərilməsi üçün ayrıca qəbul məntəqəsi də yaradılıb.

Xuraman Etibarlı

İnterpress.az