Ermənistanda şənbə günü avtomobildə evli cütlük və beş uşağı olan faciəli qəza baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. İrəvan–Aştarak yolunda baş verən qəza zamanı avtomobildə olan beş uşağın valideynləri hadisə yerində həyatlarını itiriblər.
Ağır yol qəzasında xəsarət alan iki uşağın vəziyyəti kritik olaraq qalır.
Səhiyyə Nazirliyinin məlumatına görə, həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparırlar.
Daha iki uşağın vəziyyəti orta ağır qiymətləndirilir. Digər uşaqlardan birinin isə planlı əməliyyata hazırlandığı bildirilir.
Daha sonra xəsarət alan uşaqlardan biri İrəvandakı xəstəxanada vəfat edib.

Xuraman Etibarlı
İnterpress.az






