Ad günü məclisində FACİƏ: Zarafat zamanı kişi HƏYATINI İTİRDİbackend

Ad günü məclisində FACİƏ: Zarafat zamanı kişi HƏYATINI İTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada döyüş fəndini nümayiş etdirən kişi dostunun ölümünə səbəb olub

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Vladimir şəhəri yaxınlığında qohumunun ad günü məclisində baş verən hadisə faciə ilə nəticələnib. Spirtli içki qəbul edən iki kişi zarafat məqsədilə güləşməyə qərar veriblər.

Məlumata görə, 38 yaşlı kişi döyüş fəndini nümayiş etdirərkən 32 yaşlı tanışını aşıraraq yerə çırpıb. Nəticədə zərərçəkən boyun fəqərələrindən sınıqlar alıb.

O, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.

Hadisə ilə bağlı 38 yaşlı Vladimir sakini barəsində ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az