Krasnoyarskda qısqanclıq zəminində qadının keçmiş sevgilisi onun 61 yaşlı partnyorunu güllələyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Krasnoyarsk şəhərində 50 yaşlı kişi keçmiş sevgilisinin 61 yaşlı partnyorunu karabinlə güllələyərək öldürüb.
Məlumata görə, ayrılıqla barışmaq istəməyən kişi qadının yaşadığı mənzilə soxulub. Həmin vaxt qadının yanında başqa kişi olub.
Səs-küyü eşidən qonşular hadisə barədə Rusiya Milli Qvardiyasına məlumat veriblər. Əraziyə gələn əməkdaşlar şübhəlini saxlayıblar.
Hazırda hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi araşdırma aparır.
Xuraman Etibarlı
İnterpress.az






