AMB “Mobile Payment Solutions”a icrası məcburi göstərişlər veribbackend

AMB “Mobile Payment Solutions”a icrası məcburi göstərişlər verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı – “Mobile Payment Solutions” MMC-yə icrası məcburi göstərişlər verib.

İnterpress.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, şirkətdə həyata keçirilən yerində yoxlama çərçivəsində bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması aşkar edilib. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən çatışmazlıqların aradan qaldırılması ilə bağlı təşkilata icrası məcburi göstərişlər verilib.