Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıbbackend

Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, ABŞ və Ukrayna arasında işçi qrupları səviyyəsində üçtərəfli danışıqlar 10–11 noyabr tarixlərində Əbu-Dabidə (BƏƏ) keçiriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff “X” sosial şəbəkəsində məlumat yayıb.

“Birləşmiş Ştatlar Prezident Trampın müharibəni başa çatdırmaq səylərini irəli apararaq, 10–11 noyabr tarixlərində Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi qrupları səviyyəsində danışıqlarda vasitəçi kimi çıxış edəcək”, – o yazıb.

Uitkoffun sözlərinə görə, görüşdə əsas diqqət müharibədən sonrakı təhlükəsizlik, deeskalasiya, humanitar təşəbbüslər və sülh yolu ilə nizamlanma istiqamətində gələcək addımlara dair razılaşmalara ayrılacaq.