Moskvada baş həkimin qətlində təqsirləndirilən Almaniya vətəndaşı cinayətini etiraf edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yeni Moskvada tibb klinikasının baş həkimini öldürməkdə təqsirləndirilən Almaniya vətəndaşı cinayəti əvvəlcədən planlaşdırdığını etiraf edib.
Saxlanılan şəxs dindirilmə zamanı qətli törətmək üçün bir həftədən çox müddət ərzində plan qurduğunu bildirib.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, cinayətkar qadının başını dəfələrlə pilləkənlərə çırpıb, ardınca isə onu sellofan paketlə boğaraq qətlə yetirib.
Faktla bağlı başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






