Ceyms Qann və Piter Safran “DC Studios” rəhbərliyindən kənarlaşdırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
“DC Studios”un rəhbərləri Ceyms Qann və Piter Safran tamaşaçıların marağını qazana bilməyən və studiyaya ciddi maliyyə zərəri vuran uğursuz layihələr silsiləsindən sonra vəzifələrindən uzaqlaşdırılıblar.
“Skydance” daxilindəki mənbələrin bildirdiyinə görə, Qann və Safran nəhəng büdcələr xərcləyərək böyük itkilərə yol veriblər.
Həmçinin onların diqqəti məşhur adlara deyil, “Supergirl” və “Clayface” kimi daha az tanınan personajlara yönəltmək qərarı ciddi narazılıq və təəccüb doğurub.
Studiyanın insayderlərindən biri bildirib ki, film sənayesi “Marvel”in uğurundan yanlış dərs çıxarıb və böyük büdcələr heç də yüksək keyfiyyətli hekayə anlamına gəlmir.
Xuraman Etibarlı
İnterpress.az






