İranın “İldırım”ı – FOTObackend

İranın “İldırım”ı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpressşaz xəbər verir ki, bu barədə İranın Hava Hücumundan Müdafiə qüvvələrinin nümayəndəsi, general Hüseyn Çitforuş məlumat verib.

O qeyd edib ki, bu tip qırıcıların ilk eskadriliyası silahlı qüvvələrə hələ 2010-cu ildə daxil olub. 2011-ci ilin sentyabrında təyyarə ölkənin şimal – qərbində keçirilən günişmiqyaslı təlimlərdə sınaqdan keçirilib. “Saeqa” qırıcıları Şəhid Setari Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. İran qırıcısı ABŞ təyyarəsi F-18 “Hornet”in analoqu sayılır.

Təyyarələrin ilk sınağı barədə məlumatlar hələ 2006-cı ilin sentyabrında ortaya çıxmışdı. Taktiki-texniki və döyüş qabiliyyəti artırılmış “Saeqa”nın yeni nəsil təyyarələri 2008-ci ilin oktyabrında Fars körfəzindəki Kiş adasındakı beynəlxalq aviasiya sərgisində nümayiş olunmuşdu. İran HHMQ-nin nümayəndələrinin sözlərinə görə, yeni və bu dəfə iki yerlik “Saeqa” qırıcısı mətbuata ilk dəfə keçən ilin sonlarında göstərilib.

İnterpress.az