Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır…backend

Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Fazil Mustafa Məhəmməd Peyğəmbərə qarşı ağılasığmaz təklifdə bulunan YUKOS Neft Şirkətinin keçmiş rəhbəri, Putinin bir neçə il həbsxana divarı arasında saxladığı yəhudi əsilli milyarder Mixail Xodorkovskini ağıldankəm adlandırıb:

\”Rusiya Prezidentinin bir sıra addımlarını qınasaq da, bəzi addımlarına haqq qazandırmamaq olmur. “ЮКОС” neft şirkətinin eks sahibi Mixail Xodorkovski kimi anormal düşüncə sahibini deyəsən haqlı olaraq uzun müddət həbsxana divarları arasında saxlayıb. Son illərdə bu qədər təxribatçı və ağıldankənar təklifə bəlkə də rast gəlməmişəm. Adam bütün müsəlmanları qıcıqlandıracaq, daha geniş miqyasda təxribatın baş verməsinə səbəb olacaq bir təklif irəli sürüb. Özünün Twitter səhifəsində bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb. Təbii ki, Parisdə baş verən terrora ağlı başında olan insanların münasibəti birmənalıdır və bunun hər şeydən əvvəl müsəlmanlara qarşı düşünülmüş bir hərəkət olduğu kimsədə şübhə doğurmur. Hətta terrorçular müsəlman olsalar belə, bu vəhşiliyin bədəlini Avropada yaşayan müsəlmanlara ödətmək məqsədilə bu addımı atdıqları ehtimal olunur. Buyurub Fransanın çevik polis sistemi terrorçuları ələ keçirsin və ən ağır cəzaya məhkum etsinlər. Bunun qisasının Məhəmməd Peyğəmbərdən almaq bu axmağın ağlına görəsən haradan gəlib. Peyğəmbərin karikaturasını çəkməklə hansısa xəstə təxəyyülü insan həzz alırsa, bunları heç ciddiyə almağa da gərək yox. Məkkədə, Taifdə daşqalaq edirdilər, üzünü qanadırdılar, ələ salıb təhqir edirdilər, sonu nə oldu, onun ideyasına, vizyonuna əngəl ola bildilərmi? Endirilmiş dinə bağlı olan müsəlmanlar heç şübhəsiz Peyğəmbərə qarşı təhqirlərə onun özünün göstərdiyi səbrli davranışı göstərərdilər, buna terrorla cavab verməzdilər. Ancaq son olaraq onu deyə bilərəm ki, Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır.

İnterpress.az