İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Ramzan Kadırov “İnstagram” sosial şəbəkə hesabında bunları yazıb:
“Çeçenistan Respublikasının Konstitusiyasına uyğun olaraq, mən hökumətin istefasını qəbul etdim. Yeni Kabinetin formalaşmasına qədər Abubakar Edelqeriyev baş nazir xidmətini icra edəcək. Biz yeni hökümətin yaradılması prosesini qısa zamanda yerinə yetirəcəyik”- deyə Kadırov bildirib.
Qeyd olunur ki, Çeçenistanın rəhbəri \”kadr dəyişiklikləri” olacağı barədə fikir irəli sürüb, lakin heç bir ətraflı məlumat əlavə etməyib.
Xatırladaq ki, Kadırov artıq 10 ildir ki Çeçenistanın lideri kimi fəaliyyət göstərir. Çərşənbə günü keçirilən səsvermə nəticəsində Kadirov yenidən Çeçenistanın rəhbəri seçilib. Seçki Komissiyasının məlumatına görə, o, seçicilərin 97.94% səsini toplayaraq qalib olub.
İnterpress.az