“Mülayim müxalifət deyə bir şey yoxdur”backend

“Mülayim müxalifət deyə bir şey yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “CNN”-ə isitinadən xəbər verir ki, Suriya dövlət başçısı Əsəd, Suriya ordusunun başda Hələb olmaqla bütün ölkəni geri qaytaracağını deyib. ABŞ-ı Nüsra cəbhəsini Suriyada bir fürsət kimi istifadə etməkdə günahlandıran Əsəd , müxaliflərin mövcud olduğu bölgələrdən çıxmasını vacib olduğunu deyib. Bununla belə Əsəd mülayim müxalifətin anlayışının olmadığını da əlavə edib.
Əsəd Hələb şəhərinin şərq hissəsini əlində saxlayan müxalifət güclərinin silahlarını yerə qoymasını tələb edib və bildirib ki, yalnız belə olan hallda onların ailələri ilə birlikdə şəhəri tərk etmələrinə icazə veriləcək.
Müxbir, Əsəddən müxaliflərin həmin bölgədən çıxarılması zamanı təhlükəsizliklərinə zəmanət verib-verməyəcəklərini soruşub. Əsəd bu suala qətiyyətlə cavab verib ki, iki ay əvvəl də bizim onlara təklifimiz bu idi, çünki mülki vətəndaşların terroristlər olan bölgələrdən uzaqlaşmasını istəyirik.
Bəşər Əsəd sonda qərb mediasında Suriya Ordusunun xəstəxanaları və məktəbləri bombalaması kimi xəbərlərin doğru olmadığını vurğulayıb : “Bunu niyə edək. Belə bir şey öz ayağımıza güllə atmaq kimi bir şeydir”

İnterpress.az