“Azərsun”un rəhbəri jurnalistlər qarşısındabackend

“Azərsun”un rəhbəri jurnalistlər qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu \”Azersun Holding\”in prezidenti Abdulbari Gözəl bu gün jurnalistlər üçün keçirdiyi mətbuat kofransında deyib. Onun sözlərinə görə, neftin ucuzlaşması əksər ölkələrə ziyan vurub: “Bizim xoşbəxtçiliyimiz ondadır ki, prezident İlham Əliyev bu proseslər başlamadan qeyri-neft sektorunun inkişafına dəstək verdi. Bunun da bəhrəsini görürük. Düzdür, Azərbaycanın ənənəvi ixrac məhsulu neftdir. Neft ixrac olunmadıqca valyuta daxilolmaları azalır. Lakin bunu qeyri-neft ixracının hesabına kompensasiya etmək olar. Buna görə, qeyri-neft məhsullarının istehsalçıları daha aktiv olmalıdır\”.

Azersun\” rəhbərinin sözlərinə görə, Holdinqə məxsus tarlalarda becərilən pomidorlar bazarda xüsusi əhəmiyyət kəsb edir: \”Bizim Biləsüvarda əkin sahəmiz var və bu gün həmin sahədə 6 min tondan çox pomidor toplanılır\”.

İnterpress.az