Vitse-prezident kim olacaq?backend

Vitse-prezident kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov İnterpress.az saytına açıqlamasında bildirib.
Əvvəlcə xarici ölkələrin siyasi praktikasında vitse-prezidentlik institunun fəaliyyəti haqqında məlumat verən politoloq qeyd edib ki, Azərbaycan kimi çətin geosiyasi regionda yerləşən dövlətlər üçün Prezidentlik institutunun möhkəmləndirilməsinə ehtiyac var:
“Dünyanın bəzi ölkələrində vitse – prezidentlik institutu mövcuddur və təcrübə onu deməyə əsas verir ki, vitse – prezidentlik kürsüsünün olması hakimiyyətin daha effektiv daxili siyasət yürütməsinə gətirib çıxarır. ABŞ, İsveçrə kimi dövlətlərdə icraedici hakimiyyətin siyasi sistemdə uğurlu fəaliyyəti buna bir misaldır. Təcrübə göstərir ki, siyasi sistemdə Dövlət başçısının, Prezidentlik institutunun siyasi çəkisi güclü olmayan keçmiş SSR dövlətlərində siyasi, iqtisadi, mədəni tənəzzül hökm sürür. Müasir geosiyasi durumu nəzərə alsaq, ölkənin liderinin ətrafında onun təyin etdiyi və onunla eyni ideyaları paylaşan şəxslərin olması vacibdir və bu, Azərbaycandakı bugünkü sabitliyin davam etdirilməsini təmin edəcəkdir”.
Zaur Məmmədov yeni siyasi institutun idarəetmə sahəsində yaradacağı dəyişikliklərdən danışıb:
“Hakimiyyət bölgüsündə yeni institutun yaranması qanunverici, icraedici hakimiyyətlərin fəaliyyətlərində bir sıra dəyişikliklərə səbəb olacaq. Bugün, bəzi məsələlərdə Nazirlər kabinetinin fəaliyyəti istənilən nəticəni verə bilmir. Deməli, dinamik dəyişən iqtisadi, siyasi proseslərə çevik reaksiya vermək lazımdır. Vitse – prezidentlik institutunun yaranması ölkədə gedən sosial və iqtisadi proseslərə bu institut tərəfindən daha çevik reaksiya verilməsinə gətirib çıxaracaqdır. Məqsəd dövlət proqramlarının həyata keçirilməsində effektivliyi və çevikliyi gücləndirməkdir”.
Politoloq vitse-prezidentliyə namizəd gördüyü adı da açıqlayıb:
“Artıq yeni Konstitusiya dəyişikliklərinə əsasən Azərbaycanda Prezidentdən sonra ikinci şəxs Vitse – prezidentdir. Dünyadakı mövcud iqtisadi böhran və geosiyasi intriqalar zamanında Azərbaycanın sabit inkişafı üçün təyin olunacaq şəxslərin fəaliyyətindən çox şey asılıdır. Fikrimcə, bu posta ən layiqli namizəd, istər Azərbaycanda, istərsə də ölkəmizdən kənarda hamının rəğbətini qazanan Mehriban Əliyevadır”.

Aytək Yusifsoy
İnterpress.az