İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, Culi Dadxili və onun həyat yoldaşı Endi dənizdə çimmək qərarı verir.
51 yaşlı ərin sözlərinə görə, onlar yetəri gədər üzdükdən sonra o sahilə dönür, arvadı isə əl-qolla ona başa salır ki, problem yaranıb və o üzə bilmir.
Endi tez xilasedicilərdən yardım istəyir, lakin onlar laqeydcəsinə kişiyə söyləyirlər: “Əgər sənin xanımın batırsa niyə o əl-qol atmır?”. Nəhayət mübahisədən sonra xilasedicilərdən biri qadını xilas etməyə razılaşır.
Qadını sahilə çıxarsalar da, o artıq dünyasını dəyişmişdi.
“Məhkəmə qadının ölümünə bədbəxt hadisə səbəb olmuşdur”- deyə iş prosesini yekunlaşdırıb.
Rəsmi məlumata görə, İspaniya çimərliklərində bu il avqust ayı ərzində 321 nəfər boğulub. Eyni zamanda bildirilir ki, insanların 86 %-nin batmasına səbəb çimərlikdə xilasedicilərin olmamasından irəli gəlir.
İnterpress.az