Modern.az xəbər verir ki, bu haqda Gürcüstan KİV-i keçmiş deputat İrakli Qoqavaya istinadən məlumat yayıblar.
Qoqava Ukraynadkı şəxsi mənbələrinə istinadən iddia edir ki, Poroşenko Saakaşvilini işdən çıxarmaq haqda qərar qəbul edib. Onun fikrincə, prezident bu qərarını Odessaya bugünkü səfəri zamanı elan edəcək.
Odessanın qubernatorunu Ukraynanın keçmiş energetika naziri İvan Plaçkovun əvəz edəcəyi də bildirilir.
Qaqava özünün “Facebook” səhifəsində onu da qeyd edib ki, informasiya rəsmi deyil, ancaq hadisələrin gedişini izləmək lazımdır.
İnterpress.az