Ermənistanın sabiq maliyyə naziri milyardları götürüb ölkədən qaçdıbackend

Ermənistanın sabiq maliyyə naziri milyardları götürüb ölkədən qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan KİV yazır ki, hələ Q.Xaçatryanın istefasından öncə vergi yoxlamaları zamanı məlum olub ki, Dilicandakı Maliyyə Nazirliyinin tədris binasının tikintisi zamanı 6 milyard dram (təxminən 12 milyon dollar) dövlət büdcəsindən oğurlanıb. Bundan sonra vergi xidməti nazirdən itkiləri kompensasiya etməyi tələb etmişdi. İndi isə sabiq maliyyə nazirinin Ermənistanı tərk etməsi məlum olub.

Xatırladaq ki, bir neçə ay öncə Q.Xaçatryanın daha bir korrupsiya qalmaqalında adı hallanıb. Belə ki, onun övladlarının ABŞ-da 15 milyon dollardan yuxarı mülkləri olduğu aşkarlanıb. ( virtualaz.org )

İnterpress.az