İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanıb.
09 oktyabr 2016-ci il tarixində 1962-ci il təvəllüdlü, Rəqibov Xalıq Sabir oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 09:35-də başa çatıb.
İnterpress.az