ABŞ-da “Metyu” qasırğası – qurbanlar artırbackend

ABŞ-da “Metyu” qasırğası – qurbanlar artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın “ABC News” telekanalına istinadən verdiyi məlumata görə, dünən Corciya ştatında 3 nəfər, Florida ştatında 4 nəfər, Şimali Karolina ştatında 3 nəfərin qasırğa qurbanı olduğu açıqlanıb.

Şənbə günü isə Florida ştatında 2 nəfər, Corciya ştatında 1 nəfər, o cümlədən Şimali Karolina ştatında 1 nəfərin də qasırğa nəticəsində öldükləri bildirilib. Hər 3 ştatda fövqəladə vəziyyət rejimi elan edilib.

Qeyd edək ki, “Metyu” qasırğası Haitidə 877 nəfərin ölümünə səbəb olub. Eyni zamanda “Metyu” qasırğası 2007-ci ildən ABŞ-ı vuran ən güclü qasırğadır. Hazırda qasırğa ABŞ-ın cənub-şərq sahilləri yaxınlığından keçir.

İnterpress.az