İnterpress.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Beata Şidlo ölkə televiziyasına verdiyi açıqlamasında deyib.
“O, birinci dəfə deyil ki, səfərini təxirə salır. Polşa-Fransa hökumətlərarası məsləhətləşmələr yazda aparılmalı idi. Lakin Fransa prezidenti ölkədə baş verən terror aktlarına görə səfərin təxirə salınmasını istədi. O vaxt bunu başa düşmək olardı”, – baş nazir bildirib.
Fransa prezidentinin səfərinin təxirə salınmasının səbəbi açıqlanmayıb.
İnterpress.az