İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Ukraynanın keçmiş naziri Azarov Poroşenkonu ölkənin maraqları üçün heç bir addım atmadığını söyləyib.
Azarov həmçinin qeyd edib ki, Ukrayna iqtisadi və siyasi böhranla üz-üzə olanda, Poroşenkonun gəliri 7 dəfə artıb.
“Poroşenko ölkəni vecinə almır, o ilk növbədə öz cibini və öz mənfəətini düşünür. Ölkədə ən primitiv halda totalitar propaqanda, zombiləşmə gedir. Vətəndaşlar fikir baxımından geri qalırlar. Ukraynanın bir düşməni var – o da hakimiyyət”.
Xatırladaq ki, Azarov 2010-ci ilin mart ayından 2014-cü ilin yanvar ayının sonuna qədər Ukraynada baş nazir vəzifəsini icra edib. Daha sonra Azarov hərbi çevrilişdən sonra vəzifədən kənarlaşdırılaraq ölkəni tərk edib.
İnterpress.az