Gürcüstan parlament seçkilərinə müşahidəçi rəyibackend

Gürcüstan parlament seçkilərinə müşahidəçi rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 oktyabr 2016-cı il tarixində Gürcüstanda keçirilmiş seçkilərdə Azərbaycandan da müşahidəçi qrupu iştirak edib. Məsələ ilə bağlı millət vəkili Hikmət Babaoğlu öz fikrini İnterpress.az saytı ilə bölüşüb:

“Gürcüstanda seçkilər majoritar və proporsianal əsasda keçirilir. Gürcüstandakı parlament seçkilərində müşahidəçi qismində iştirak etdik, Tbilisi şəhərində beş dairədən 12 məntəqədə keçirilən seçkiləri müşahidə etdik. Bizim müşahidə etdiyimiz seçki məntəqələrinin heç birində qanun pozuntusuna rast gəlmədik. Seçkinin texniki təşkilatı yüksək səviyyədə idi. Xalqın öz iradəsini ifadə etmək üçün heç bir maneə ilə rastlaşmadıq. Hələlik bunu deyə bilərəm ki, bizim müşahidə etdiyimiz məntəqələrdə azad seçki prinsipi, özünüifadə hüququnun həyata keçirilməsi üçün bütün şərtlər yerinə yetirilmişdi”.

MSK-dan verilən məlumata görə, ölkənin regiondakı 51 majoritar dairəsindən 34 dairədə ikinci tur keçiriləcək. Həmin dairələrin 32-də “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat” partiyalarından irəli sürülən majoritar namizədlər iştirak edəcək. Digər iki dairədə isə “Gürcü Arzusu” və “Azad Demokratlar”, həmçinin “Sənayeçilər” tərəfindən irəli sürülən majoritar namizədlər deputatlıq uğrunda mübarizə aparacaq.

Aytək Yusifsoy
İnterpress.az