“Bank Standard”ın ləğvedicisi kreditorlara müraciət edibbackend

“Bank Standard”ın ləğvedicisi kreditorlara müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fonddan “APA-Economics”ə verilən məlumata görə, müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri, eləcə də kreditorun adı, ünvanı, tələbin əsas məbləğində daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barəsində məlumatları ləğvediciyə təqdim etməlidir.

“Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər”, -deyə məlumatda vurğulanıb.

İnterpress.az