Əfqanıstanda şiə türbəsinə hücumbackend

Əfqanıstanda şiə türbəsinə hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabulda Karte-i Sakhi türbəsində baş verən hücum, Aşura günündən əvvəl yığışan insanları hədəf alıb. Hücum nəticəsində ən az 14 nəfər ölüb, 36 nəfər isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Səlahiyyətlilər ölü sayının artmasından narahatdır.
Hadisə yerli saatla 8:00-da baş verib. Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə ölənlərdən biri polisdir.
Taliban hücumla heç bir əlaqəsinin olmadığını açıqlayıb.
Qeyd edək ki, Əfqanıstanda əhalinin 15%-ni şiələr təşkil edir.

İnterpress.az