İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, ABŞ-da müsəlman qadınların yeganə siyasi birliyi olan bu qurum gələn ay nəzərdə tutulmuş seçkilərin müzakirəsi məqsədilə mətbuat konfransı keçirib.
Qurumun başçısı Seddiq açıqlayıb: “Təməl insan hüquqlarına və fərdin öz seçdiyi həyatı yaşama hüququna inanırıq. Hillari Klinton sadəcə bu cür dəyərləri anlayan bir namizəd deyil, həmçinin fəaliyyəti müddətində bu dəyərlərə sadiq qalan bir liderdir”.
Daha sonra sədr əlavə edib: “Donald Trampın müsəlmanları şeytan kimi qələmə verməsindən və qadınlarımız, mədəniyyətimiz haqqında nalayiq sözlərindən sonra ölkə siyasətində fəal iştirak etməli olduğumuzu dərk etdim”.
İnterpress.az