Dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. Bu fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar.
Xatırladaq ki, ASALA terror təşkilatı 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılıb. Təşkilat əksəriyyəti türk diplomatı olmaqla, ümumilikdə 46 nəfərin ölümünə bais olub. 1988-ci ildə liderləri Akop Akopyan Afinada öldürüldükdən sonra ASALA fəaliyyətinə son qoyub. ( modern.az )
İnterpress.az