İnterpress.az xəbər verir ki, 2017-ci ildən yeni qaydaları tətbiq edən rəsmi Astana vizasız sistemə daxil olan ölkələrin sayını 48-ə çatdıracaq.
İnvestisiya və İnkişaf naziri Jenis Qasımbek verdiyi açıqlamada inkişaf etmiş ölkələrdən turist axınının çoxaldığını deyib:
“Türkiyə, Rusiya, İtaliya, Almaniya, ABŞ və İngiltərə kimi ölkələrdən gələn turistlərin sayı ilbəil artır. Ölkədə otellərin sayı son 10 ildə 871-dən 2441-ə çatıb”.
İnterpress.az