İnterpress.az “Hurriyet”-ə istinadən xəbər verir ki, Ukrayna Dövlət Müdafiə Qurumu UkroboronPromun nəzdindəki Ukrinmaş şirkəti ilə Türkiyə Hava Elektronik Sənayesi arasında radar istehsalı ilə bağlı razılaşma əldə olunub.
Ukrinmaş şirkətinin müdiri razılaşma ilə əlaqədar mətbuata açıqlama verib: “Türkiyə ilə Ukrayna arasında ilk dəfə müdafiə sahəsində saziş imzalanıb. Türkiyə ilə əməkdaşlıq, təkcə daha təkmil mal əldə edilməsini deyil, həmçinin NATO ölkələri üçün yeni bazarlar açılmasına da zəmin yaradır”
İnterpress.az