Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstan Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 (səkkiz yüz min) ABŞ dolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az