İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, dünən Afinada yerli saatla 23:45-də partlayış baş verib, partlayışdan bir saat 23 dəqiqə əvvəl qəzet redaksiyasına bir nəfər zəng edərək bomba xəbərdarlığı edib.
“Efirmerida Ton Syntakton” redaksiyasına 22:22-də zəng edən şəxs, partlayışın baş verəcəyi ünvanı söyləyib və vurğulayıb: “Zarafat deyil, polisə deyin ki, insanları pəncərələrdən toplayacaqlar”.
Partlayışdan sonra verilən ilk açıqlamalarda insan itkisinin olmadığı, lakin maddi zərərlərin çox olduğu bildirilib. Şikayətdən sonra polis dərhal bölgəyə nəzarət etsə də, partlayışa mane ola bilməyib.
Bombanın yerləşdirildiyi binanın yuxarı mərtəbəsində hakim Yeorgia Çatanın da ofisinin olduğu qeyd edilir. Hakimin ciddi məhkəmə proseslərində iştirak etməsi onu hədəf alan qrupların artmasına səbəb olub.
Aşağı mərtəbələrdə yerləşən kitab dükanının 2008-ci ildə hücuma məruz qalması hadisəni daha da mürəkkəbləşdirir. Belə ki, partlayışın əsl hədəfi polis tərəfindən müəyyən edilməyib.
İnterpress.az