“Şakro Molodoy” Rusiya cinayətkar mühitinin lideri elan olundubackend

“Şakro Molodoy” Rusiya cinayətkar mühitinin lideri elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa.info xəbər verir ki, bu yazı ilə “Kommersant” qəzeti yazıb.

“Zaxari Kalaşov Knyazeviç “Ded Xasan” ləqəbli “qanuni oğru” Usoyan Aslan Raşidoviçin 2013-cü ildə ölümündən sonra Rusiya cinayətkar mühitinin lideri oldu” – qəzetə yaxın mənbə belə deyib.

İstintaqın versiyasına görə Kalaşov müxtəlif mütəşəkkil qruplaşmalar arasında dayanaqlı əlaqələr yarada bilib. Həmçinin kiçik kriminal avtoritetləri koordinasiya etməyi bacarıb.

“Kommersant”a danışan mənbə bildirib ki, beləliklə “Şakro Molodoy”un cinayətkar təşkilatı digər işlər üzrə həbs olunan, ittiham olunan, şübhəli bilinən şəxsləri də ehtiva edir.

Xatırladaq ki, Kalaşov 13 iyul 2016-cı ildə “Elements” restoranının sahibindən küll miqdarda pul qoparmaqda ittiham olunub. 2015-ci ildə bu restoranda baş verən atışmada iki adam ölmüşdü. Atışmanın 7 üzvü isə xəstəxanaya çatdırılmışdı.

Moskva məhkəməsi onun həbs müddətini bu ilin 15 noyabrınadək uzadıb. “Şakro Molodoy” cinayətkar qruplaşmanın təşkilatçısı kimi ittiham olunur.

İnterpress.az