İnterpress.az “CNN”-ə istinadən xəbər verir ki, Papa Fransisk həftəlik qəbul günündə minlərlə insanın qarşısında çıxış edib. Suriyada davam edən vətəndaş müharibəsindən narahatlığını ifadə edən Papa, vəziyyətin insanlıqdan kənar olduğunu söyləyib.
Papa minlərlə insanın qarşısında deyib: “Səlahiyyətli şəxslər kimdirsə, onlara bütün səmimiyyətimlə yalvarıram ki, Suriyada təcili olaraq atəşkəs elan etsinlər. Ən azından uşaqlar başda olmaqla mülki vətəndaşların bölgədən çıxarılmasına qədər silahlar susdurulsun”.
İnterpress.az