İnterpress.az “dunyabulteni”-nə istinadən xəbər verir ki, İranın Xarici İşlər Naziri Cavad Zarif Suriya zirvəsinə qatılmayacağını açıqlayıb. Suriyadakı vəziyyətin həlli istiqamətində təkliflərin veriləcəyi iclasda 4 ölkədən nümayəndələr qatılacaq.
Lozannada keçiriləcək görüşə İran və Qatarın Xarici İşlər Nazirliklərindən də nümayəndələrin qatılacağı gözlənirdi.
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov məsələnin müzakirəsinin dar formatda, marağı olan tərəflərin iştirakı ilə daha məqsədəuyğun olduğunu bildirib.
İnterpress.az