İnterpress.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Şurasının iclasında terror təşkilatları ortaq siyahısını qəbul edib.
Bu haqda məlumatı təşkilatın Rusiyadakı nümayəndəsi Victor Vasiliyev İnterfaksa bildirib.
Xüsusilə qeyd olunur ki, siyahıya “an-Nusra Cəbhəsi” və “İŞİD” daxildir. Vasilyevin sözlərinə görə, dəfələrlə belə bir siyahının yaratmaq üçün hazırlıqlar gedirdi, lakin onun formalaşmasına müxtəlif ölkələrin münasibətləri maneə törədirdi.
“Bəzi ölkələr üçün – onlar azadlıq uğrunda mübarizə aparanlardır, başqaları üçün ekstremistlər, üçüncülər isə onları terrorist kjimi tanıyır. Mən ümid edirəm ki, siyahı Təhlükəsizlik Şurasının sammitində təsdiq olunacaq.” – deyə Vasilyev bildirib.
İnterpress.az