Bu barədə “Trend”ə siyasi analitik, Vaşinqtonda \”Gulf State Analytics\”in baş məsləhətçisi Teodor Karasik deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Türkiyə və Rusiya rəhbərlərinin görüşündə nəinki İŞİD-lə mübarizə yolları və Suriya böhranı müzakirə olundu, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı:
\”Azərbaycanın energetika sahəsində əməkdaşlıq və infrastruktur layihələri məsələlərində Türkiyəyə etibar etdiyini nəzərə alaraq, Rusiya hesab edir ki, Türkiyə münaqişənin həllinə kömək edə bilər\”.
İnterpress.az