Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvləri əsassız dava salaraq, AŞPA sədrinin keçmiş müavini Luka Volonteni Azərbaycanın maraqlarını müdafiə etməkdə ittiham ediblər. AŞPA-nın rəhbəri Pedro Aqramunt buna etiraz edib və ermənilərə heç bir sübutsuz belə bir bəyanatla çıxış etməyə ixtiyarları olmadığını bildirib.
Erməni millət vəkillərinin ittihamlarında geri çəkilmədiyini görən Aqramunt mikrofonu söndürməyə məcbur olub. Bir az sonra Naira Zohrabyan yenidən Volonteni ittiham etməyə və yüksək səslə danışmağa başladıqda Aqramunt mikrofonu ikinci dəfə söndürüb və Nairanı Luka Volontenin hüquqlarını pozmaqda ittiham edib.
“Siz onun yox, elə mənim hüquqlarımı da pozursunuz. Siz özünüz də elə Luka Volonte kimi Azərbaycan maraqlarına xidmət edirsiniz”, – deyə Zohrabyan Aqramunta cavab verib.
O, həmçinin qeyd edib ki, AŞPA sədrinə qarşı hüquqi proses başladacaq. (musavat)
İnterpress.az